BAZAR

02 Oktyabr

İnvestorların nəzərinə: Tərəvəz və meyvə konserv zavodunun tikinti layihəsi

Qırğızıstanın “Oş Meyvə-Tərəvəz Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti Oş şəhərində yerləşən fəaliyyətsiz kənd təsərrüfatı emalı kompleksinin bazasında tərəvəz və meyvə konservləri zavodunun fəaliyyətinin bərpasını nəzərdə tutan investisiya layihəsini təklif edir.

Fins.az xəbər verir ki, təklif olunan layihə ətraf ərazilərdə kifayət qədər xammal bazasının, mühəndis infrastrukturunun və ixtisaslı işçi qüvvəsinin olması, eləcə də nəqliyyat logistikasının rahatlığı ilə səciyyələnir. Müəssisənin istehsal avadanlığının modernləşdirilməsi və təkmilləşdirilməsi üçün investisiyalar tələb olunur.

Layihənin icraçısı Oş şəhərində yerləşən özəl müəssisə olan “Oş Meyvə-Tərəvəz Zavodu” MMC-dir. Müəssisə 1999-cu ildə 1954-cü ildə tikilmiş keçmiş Oş meyvə-tərəvəz kombinatının bazasında yaradılıb, Sovet İttifaqı dövründə regionda ən böyük meyvə-tərəvəz konservləri istehsalçısı olub. Bütün lazımi mühəndis kommunikasiyaları zavoda qoşulub. Hazırda müəssisə texnoloji xətlərin olmaması və istehsalat sahələrinin modernləşdirilməsi zərurəti ilə bağlı fəaliyyətsiz dayanır.

“Oş Meyvə-Tərəvəz Zavodu” MMC-nin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 4,94 il olacağını bildiriblər.

• Layihənin dəyəri - 6,567,000 ABŞ dolları
• Yenidənqurma və təmir - 1.260.000 ABŞ dolları
• Avadanlıqlar – 1.080.000 ABŞ dolları
• Dövriyyə kapitalı – 1.252.000 ABŞ dolları
• Digər xərclər - 250.000 ABŞ dolları
• İnvestisiya məbləği - 3 842 000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az