BAZAR

22 Sentyabr

İnvestorların nəzərinə: Süd emalı zavodu layihəsi

Qırğızıstanın Narın vilayətinin Koçkor rayonunda fəaliyyət göstərən “Koçkor Məhsul” Məhdud Məsuliyyətli Cəmiyyəti süd emalı zavodunun, yəni təmizləyici qurğunun, qablaşdırma, qəbul və məişət şöbələrinin və laboratoriyanın tikintisinin başa çatdırılmasını nəzərdə tutan investisiya layihəsini təklif edir.

Fins.az xəbər verir ki, layihə çərçivəsində fermentləşdirilmiş süd məhsullarının, emal olunmuş pendirlərin istehsalı üçün avadanlıqların, laboratoriya avadanlıqlarının, habelə dövriyyə vəsaitlərinin alınması ehtiyac var. Şirkət süd emalı üzrə 15 illik təcrübəyə malikdir və hazırda zavod tamamlanma mərhələsindədir. Zavodun tikintisi üçün (təxminən 260 min ABŞ dolları), sahəyə və avadanlıqlar da (təxminən 239 min ABŞ dolları) daxil olmaqla çəkilən bütün xərclər 600 min ABŞ dollarından artıq  sərmayəyə başa gəlib.

Layihənin icraçısı “Koçkor Məhsul” MMC 2005-ci ildə fəaliyyətə başlayıb və pendir məmulatlarının (çeçil, mozzarella, ağ pendir, bərk pendir) və fermentləşdirilmiş süd məhsullarının (kəsmik, xama, kefir, yağ) istehsalı ilə məşğuldur.

“Koçkor Məhsul” MMC  layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 4,17 il olacağını bildiriblər.

• Layihənin dəyəri - 595.000 ABŞ dolları
• Avadanlıqların satın alınması - 295.000 ABŞ dolları
• Tikinti - 240.000 ABŞ dolları
• İnvestisiya məbləği - 535.000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az