Qırğızıstanın Narın vilayətinin Əmgəkçil kəndində “Kara-Buk” Məhdud Məsuliyyətli Cəmiyyəti yun emalı sexinin inkişafı, daha dəqiq desək, keçə parçanın keyfiyyətinin yaxşılaşdırılması üçün yeni avadanlıqların alınması və kəsim məntəqəsinin tikintisinin başa çatdırılmasını nəzərdə tutan investisiya layihəsini təklif edir.
Fins.az xəbər verir ki, “Kara-Buk” MMC İTS 43-2017-yə uyğun olaraq ətraf mühitə mənfi təsirləri azaltmaq üçün Narın vilayətində tullantısız mal-qaranın kəsimi dövrü yaratmağa çalışır. Bütün kompleksin ümumi sahəsi 1 hektardır. Bu meydanda keçə istehsalı sexi və kəsimxana binası var.
Layihənin icraçısı “Kara-Buk” MMC 2006-cı ildə yun emalına başlayıb. Təmizlənmiş və emal olunmuş yun şəklində olan hazır məhsullar Bişkekdə satılır, bir hissəsi isə Çinə ixrac edilib. 2016-cı ildən Çinə ixrac olunan məhsulların payı bütün emal məhsullarının 90-95%-ni təşkil edir. “Kara-Buk” MMC-nin sayəsində yerli əhaliyə yun satışı ilə bağlı problemlər öz həllini tapıb.
“Kara-Buk” MMC layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 4,1 il olacağını bildiriblər.
• Layihənin dəyəri - 595.000 ABŞ dolları
• Avadanlıqların alınması - 430.000 dollar
• Tikinti - 70.000 ABŞ dolları
• İnvestisiya məbləği - 500 000 ABŞ dolları
Əlaqələndirici şəxs: +994 55 546 98 30
Fuad Mədətov
Fins.az