Qırğızıstanın "Eko-Golden Garden" MMC Batken vilayətində əsas fəaliyyəti qurudulmuş meyvələrin emalı üzrə fəaliyyət göstərən müəssisəsinin inkişafını nəzərdə tutan investisiya layihəsini təqdim edir.
Fins.az xəbər verir ki, hazırda şirkətin anbarında 3 ton ixraca hazır məhsul var. Layihəyə əsasən, ərik yığımı mövsümündə xammalın alınması nəzərdə tutulur. 200 ton quru meyvənin saxlanması üçün soyuducu avadanlıqların alınması lazımdır. Monqolustana quru meyvələrin ixracı üçün HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) standartları həyata keçirilməlidir.
Layihənin icraçısı “Eko-Golden Garden” MMC-dir. 2019-cu ildə öz vəsaiti hesabına ümumi sahəsi 200 kv.m olan istehsalat obyekti tikilib. Torpaq sahəsinin ümumi sahəsi 40 sotdur. 2020-ci ildə şirkət dövlət kommersiya bankından uzunmüddətli kredit götürüb. Kredit vəsaiti ərik qurusunun yuyulması və ölçüyə salınması üçün alınıb.
"Eko-Golden Garden" MMC rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 3 ilə yaxın olduğunu bildiriblər.
• Layihənin dəyəri - 250 000 ABŞ dollar
• Soyuducu avadanlıq - 200 000 ABŞ dollar
• Xammal - 50 000 ABŞ dollar
• İnvestisiya məbləği - 250 000 ABŞ dollar
Əlaqələndirici şəxs: +994 55 546 98 30
Zəminə Hüseyn
Fins.az