BAZAR

21 Avqust

İnvestorların nəzərinə: Logistika mərkəzinin tikintisi üçün layihə

Qırğızıstanın “Alış-Dan Organik” Kənd Təsərrüfatı İstehsalat Kooperativi (KTİK) HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) standartlarına uyğun emal olunmuş təbii və quru ərik istehsalı və ixracı üçün Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Kara-Bak şəhərində logistika mərkəzinin tikintisi üçün nəzərdə tutulan investisiya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, layihə logistika mərkəzində qurudulmuş meyvələrin istehsalını, məhsulların qablaşdırılması və qablaşdırılmadan sonra Aİ (Avropa İttifaqı), Aİİ (Avrasiya İqtisadi İttifaqı) ölkələri və Yaponiyaya ixracını nəzərdə tutur.

Layihənin təşəbbüskarı 2008-ci ildən fəaliyyətə başlayan “Alış-Dan Organik” KTİK-dir. Hazırda Kooperativ özündə 1200 fermeri birləşdirir ki, onlardan 63-ü biofermerdir və təbii ərik yetişdirir. Bu da IMO-nun nəzarəti və Orqanik Standart sertifikatları ilə təsdiqlənir.

“Alış-Dan Organik” KTİK rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 2 il olduğunu bildiriblər.

► Layihənin dəyəri – 730,016 dollar

► Torpaq sahəsi – 34 058 dollar

► Tikinti – 350,257 dollar

► Avadanlıq – 143,427 dollar

► Dövriyyə kapitalı – 163 569 dollar

► Digər xərclər - 38 708 dollar

► İnvestisiya məbləği – 320,496 dollar

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az