BAZAR

17 Avqust

Bu il I ixtisas qrupu üçün dövlət sifarişi üzrə 10 min 785 yer ayrılıb

Bu il ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ixtisas seçimi müsabiqəsində I qrup üzrə dövlət sifarişi əsasında 10 min 785 yer ayrılıb.

Dövlət İmtahan Mərkəzindən Fins.az-a bildirilib ki, bu, ötən illə müqayisədə 673 yer çoxdur. Həmçinin bu il dövlət sifarişli yerlərin ümumi sayı 23 min 627-dir. Ötən il ümumi say 22 min 881 olub.