2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul planı 51 min yerdən çoxdur.
Fins.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.
Avqustun 16-dan başlanılan ixtisas seçimi bu ayın 28-dək davam edəcək.