BAZAR

22 İyul

Peşə təhsilinə qəbul olanların sayı əlavə olaraq 11 min nəfər artırılacaq

Peşə təhsilinin əhatə dairəsi və keyfiyyəti artırılacaq.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Qeyd edilib ki, əmək bazarının tələblərinə cavab verən peşə təhsili tətbiq olunacaq, işəgötürənlər peşə təhsili sisteminə inteqrasiya ediləcəklər. Peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sistemi təkmilləşdiriləcək, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılacaq.

Nəticədə, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayı əlavə olaraq 11 min nəfər artırılacaq.