"Müəllimlərin İşə Qəbulu Müsabiqəsinin test imtahanının iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur".
Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Təhsil masası"nda deyib.
O bildirib ki, imtahanlar regionlarda da təşkil olunacaq: "Vakansiya seçimində əvvəlcə şəhid ailəsi üzvlərinə seçim etmək imkanı veriləcək".