BAZAR

27 May

Gənclər Fondu neçə istedadlı tələbənin təhsil xərcini ödəyib? AÇIQLAMA

“Beynəlxalq layihələrdən ölkə üzrə 500 mindən çox gənc yararlanıb, eyni zamanda, müsabiqə əsasında ölkə üzrə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 1190 istedadlı tələbənin təhsil xərci qarşılanıb”.

Bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun 10 illik yubileyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 47 gəncin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr təhsili dəstəklənib:

“332 gəncin beynəlxalq tədbirlərdə iştirakı təmin edilib, 48 gənc xarici ölkələrdə yerləşən beynəlxalq təşkilatlarda Fond vasitəsilə təcrübə keçib”.

F.Cəfərov əlavə edib ki, ölkənin 55 şəhər və rayonunda Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb:

“Nümayəndəliklərdə son iki il ərzində 200 mindən çox gənc müxtəlif mövzularda təlimlər və layihələrə cəlb edilib”.