2021-ci ildə elm xərcləri üzrə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 151,8 milyon manat məbləğində vəsait istifadə olunub.
Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.
Hesabatda qeyd edilir ki, bu, proqnoza nisbətən 28,1 milyon manat və ya 15,6 faiz az, 2020-ci illə müqayisədə isə 8,2 milyon manat və 5,7 faiz çoxdur.
Hesabat ilində elm xərcləri ÜDM-in 0,2 faizini, dövlət büdcəsi xərclərinin isə 0,6 faizini təşkil edib.