Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən xəbərə görə, 18-23 may tarixlərində keçirilən müsabiqənin vakansiya seçimi mərhələsində 2090 nəfər namizəd vakant yer seçərək elektron ərizəsini təsdiqləyib.
Növbəti mərhələdə elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.