BAZAR

14 May

Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir.

Bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin dünən  keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, qanun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun 7.0-cı maddəsində və “Təhsil haqqında” qanunun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.

Bundan əlavə, qanunun “Əsas anlayışlar” adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.

Təklif edilən dəyişikliklə ümumi təhsil müəssisələrinin aşağıdakı növləri olacaq:

- inteqrasiya təlimli ümumtəhsil məktəbi;

- Xüsusi ümumtəhsil məktəbi;

- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

- internat tipli lisey;

- internat tipli gimnaziya;

- İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

- İnternat tipli xüsusi ümumtəhsil məktəbi;

- İnternat tipli sanator ümumtəhsil məktəbi;

- Digər məktəblər.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.