BAZAR

12 Aprel

Məktəbəqədər yaş dövründə uşaqların inkişafına dair yekun hesabat hazırlanacaq

Məktəbəqədər yaş dövründə iki dəfə - 3 yaşın və məktəbəqədər təhsilin sonunda uşaq inkişafının qiymətləndirilməsi məqsədilə yekun hesabat hazırlanacaq.

Fins.az xəbər verir ki, bu barədə "Məktəbəqədər təhsil proqramı (kurikulum)"da qeyd olunub.

Bildirilib ki, yekun hesabatda məktəbəqədər təhsilin sonunda uşağın inkişafının səviyyəsi müəyyən edilir:

"Uşaq bu hesabatla növbəti mərhələyə qədəm qoyur. Lakin uşaqların ümumi təhsil müəssisəsinə qəbulu zamanı onların inkişafına dair yekun hesabatın nəticələri əsas götürülmür" - deyə proqramda qeyd edilib.