BAZAR

09 Mart

“Abituriyent” jurnalının 2-ci nömrəsi nəşr olunub

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2 ci nömrəsini nəşr edib.

DİM-dən verilən xəbərə görə, bu nömrədə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri dərc edilib.Jurnalda, həmçinin bəzi test tapşırıqlarının izahı və tövsiyələr; Abituriyentlər üçün elmi-metodiki məqalələr: Tarix fənnindən “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)”; Coğrafiya fənnindən “azərbaycanın iqtisadi rayonları” Cavabların “cavab kartı” və “cavab vərəqi”ndə qeyd olunma qaydasının izahı; 2021-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları və digər zəruri materiallar təqdim olunub.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində nəşr edilib.