Rusiya Federasiyası 2022-2023-cü tədris ili üçün federal büdcə hesabına təhsil təqaüd proqramı elan edir.
Bu barədə Fins.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur.
Tədris rus dilində aparılacaq. Təqaüd proqramına noyabrın 1-dək müraciət etmək olar.