“Müəllimlərin və texniki işçilərin vaksinasiya prosesi 2021-ci ilin yanvar ayından başlayıb. Artıq 83-84 faiz təhsil işçilərinin vaksinasiyası yekunlaşır”.
Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
O qeyd edib ki, təhsil işçiləri üçün səyyar vaksinasiya xidməti yaradılıb:
“Bildiyiniz kimi, bəzi məntəqələrdə sıxlıq yaranır. Onların rahat şəkildə vaksin olunması üçün şərait yaratmışıq”.
O əlavə edib ki, peyvənd olunmayan və əks-göstəriş, eyni zamanda immun sertifikatı təqdim etməyən müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar.