“Bu il tələbələrin təhsil krediti alması mümkün olacaq”.
Bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, hazırda tələblərin qeydiyyatı davam edir:
“Proses bitdikdən sonra tələbə kreditlərinin verilməsi elektron qaydada elan ediləcək. İnanırıq ki, bir neçə min tələbə müvafiq qaydalara əsasən tələbə krediti ala biləcək”.