Bu ilin birinci yarısında Azərbaycanın təhsil xərcləri 1 milyard 363 milyon manat olub.
Bu, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında əksini tapıb.
Cari ilin I yarımillyində funksional təsnifata görə dövlət büdcəsi xərclərinin strukturunda təhsil sahəsi üzrə xərclər 11,8 faiz təşkil edib. 2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsi xərclərinin funksional təsnifatın bölmələri üzrə proqnoza qarşı icrası təhsil sahəsi üzrə 6,0 faiz az icra olunub.