2019-2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə xərcləri maliyyələşdiriləcək ixtisaslar Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilib.
Bəs bu ixtisaslar hansılardır? Doktorantura səviyyəsi üzrə hansı prioritet ixtisas istiqamətləri üzrə qəbul maliyyələşdirilir?
Fins.az bu prioritet ixtisas istiqamətlərini təqdim edir:
- Təbiət ixtisasları istiqaməti:
1.1. riyaziyyat;
1.2. mexanika;
1.3. astronomiya;
1.4. fizika;
1.5. kimya;
1.6. biologiya elmləri;
1.7. yer elmləri;
1.8. coğrafiya.
- Kənd təsərrüfatı ixtisasları istiqaməti:
2.1. aqrar elmlər.
- Səhiyyə və rifah ixtisasları istiqaməti:
3.1. tibb elmləri;
3.2. əczaçılıq elmləri;
3.3. səhiyyənin idarə edilməsi.
- Texniki və texnoloji ixtisaslar istiqaməti:
4.1. texnika elmləri.
- İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti:
5.1. iqtisad elmləri.
- Təhsil ixtisasları istiqaməti:
6.1. pedaqogika;
6.2. psixologiya;
6.3. təhsilin idarə edilməsi.
- Humanitar və sosial ixtisaslar istiqaməti:
7.1. tarix;
7.2. sosiologiya;
7.3. hüquq elmləri.