"Dünyanın aparıcı universitetləri ilə üçlü-ikili diplom proqramımız var".
Fins.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində deyib.
O, hazırda həyata keçirilən ikili diplom proqramlarından danışıb:
“Hazırda ADA Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında İT sahəsi ilə bağlı, Azərbaycan Dövlət Pedoqoji Universiteti ilə Corc Vaşinqton Universiteti arasında təhsilin idarə edilməsinə dair, eyni zamanda Cənubi Koreyanın İnha Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında bakalavriat səviyyəsi üzrə mühəndislik ixtisası üzrə ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilib. O cümlədən, ali təhsilin rəqabətliliyini təmin etmək məqsədi ilə, doktorantura tələbələrinin xaricdə təhsilini təmin edirik”.
Təhsil naziri sonda isə,- “ Bu proqramı çox sadə şəkildə izah etsək, azərbaycanlı tələbələr ölkəmizdə təhsil almaqla həm öz oxuduqları universitetin, həm də bu proqram çərçivəsində həmin ali təhsil müəssisəsi ilə əməkdaş olan xarici universitetin diplomunu alırlar”- deyə qeyd edib.