Dövlət İmtahan Mərkəzi “Laboratoriya diaqnostikası” və “Tibbi profilaktika” ixtisaslarını bitirən subbakalavrlara müraciət edib.
DİM-dən APA-ya verilən məlumata görə, “Abituriyent” jurnalının “Subbakalavr” xüsusi buraxılışında “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı İxtisas Uyğunluğu Cədvəli”ndə texniki səbəblərdən səhifə 28-də “Laboratoriya diaqnostikası” və “Tibbi profilaktika” ixtisaslarına uyğun olan bakalavriat ixtisasları göstərilməyib.
Bu ixtisaslar üzrə uyğunluq cədvəlini təqdim edirik:
Orta ixtisas təhsili pilləsinin ixtisaslarının (proqramlarının) şifri və adı (Nazirlər Kabinetinin 27.01.1997-ci il tarixli, 9 nömrəli və 19.01.2010-cu il tarixli 11 nömrəli qərarlarına uyğun) |
Bakalavriat ixtisaslarının (proqramlarının) (Nazirlər Kabinetinin 11.02.2019-cu il tarixli |
||
40709 |
Laboratoriya diaqnostikası |
050902 050501 050502 050504 |
İctimai səhiyyə Biologiya Biotexnologiya Ekologiya |
40704 |
Tibbi profilaktika |
||
TT 240101 |
Laboratoriya diaqnostikası |
050902 |
İctimai səhiyyə |
HS 190301 |
Tibbi profilaktika |