Dövlət İmtahan Mərkəzi sentyabrın 10-u inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 730 nəfəri kişi, 687 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 661 nəfər (qeydiyyatdan keçənlərin 90.5%-i), qadınlar üzrə isə 625 nəfər (qeydiyyatdan keçənlərin 91.%-i) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 21 nəfər (10 kişi, 11 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 6 nəfər (1 kişi, 5 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 8 nəfər imtahanı uğurla keçib.
Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 516 nəfər (uğur əldə edənlərin təqribən 82.4%-i, 241 kişi və 275 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 102 nəfər (40 kişi və 62 qadın) lazım olan balı toplaya bilib.
Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 595 nəfəri, yəni təqribən 95%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 31 nəfərdir.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 626 nəfəri (44.2%) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 730 kişidən 283 nəfər (38.8%), 687 qadından isə 343 nəfər (49.9%) uğur əldə edib.
Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.
Daha ətraflı statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:
Kişi və qadınlar üzrə məlumat
Cinsi |
Yaş intervalı |
Qeydiyyatdan keçmişdir |
Test imtahanından uğurla keçib |
Faizlə (%) |
|
Kişi |
20-24 |
234 |
107 |
45.7 |
|
Kişi |
25-29 |
318 |
134 |
42.1 |
|
Kişi |
30-34 |
109 |
33 |
30.3 |
|
Kişi |
35-39 |
43 |
7 |
16.3 |
|
Kişi |
40-44 |
16 |
1 |
6.3 |
|
Kişi |
45-49 |
2 |
0 |
0.0 |
|
Kişi |
50-54 |
1 |
0 |
0.0 |
|
Kişi |
55-59 |
6 |
1 |
16.7 |
|
Kişi |
60-64 |
1 |
0 |
0.0 |
|
Kişilər üzrə cəmi: |
730 |
283 |
38.8 |
||
Qadın |
20-24 |
238 |
143 |
60.1 |
|
Qadın |
25-29 |
269 |
132 |
49.1 |
|
Qadın |
30-34 |
118 |
46 |
39.0 |
|
Qadın |
35-39 |
39 |
16 |
41.0 |
|
Qadın |
40-44 |
12 |
1 |
8.3 |
|
Qadın |
45-49 |
7 |
4 |
57.1 |
|
Qadın |
50-54 |
4 |
1 |
25.0 |
|
Qadın |
55-59 |
0 |
0 |
0.0 |
|
Qadın |
60-64 |
0 |
0 |
0.0 |
|
Qadınlar üzrə cəmi: |
687 |
343 |
49.9 |
||
Yekun: |
1417 |
626 |
44.2 |
Ümumi məlumat
Yaş intervalı |
Qeydiyyatdan keçmişdir |
Test imtahanından uğurla keçib |
|
20-24 |
472 |
250 |
|
25-29 |
587 |
266 |
|
30-34 |
227 |
79 |
|
35-39 |
82 |
23 |
|
40-44 |
28 |
2 |
|
45-49 |
9 |
4 |
|
50-54 |
5 |
1 |
|
55-59 |
6 |
1 |
|
60-64 |
1 |
0 |
|
Cəmi: |
1417 |