“Dövlət sifarişli yerlərin sayı ölkə üzrə formalaşır. Hansı dövlət sifarişli yerlər üzrə universiteti seçsəniz bu istiqamətdə maliyyə köçürülür”.
Fins.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, təsdiqlənmiş ərizənin tez-tez dəyişdirilməsi təəssüfedicidir:
“I qrupa sənəd verənlərin sayı çoxdur. Müsabiqə vəziyyəti bu il də keçən ilki kimi gözlənilir. Ola bilsin ki, bu il 600 ballıların sayı çoxdur. Bu il belə şəxslərin sayı 611 nəfərdir. Keçən il bu rəqəm 553 nəfər idi. 400 baldan yuxarı nəticə göstərənlər isə 3 931 nəfərdir”.
© Report