BAZAR

10 Sentyabr

II ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı AÇIQLANDI

İkinci ixtisas qrupu üzrə 4 min 115 dövlət sifarişli yer ayrılıb.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar canlı yayımda deyib.

O bildirib ki, həmin dövlət sifarişli yerlərdən 25-i Moskva Dövlət Universitetinə verilib ki, orada əlavə imtahan keçiriləcək:

“Bu o deməkdir ki, 4 mindən çox şəxs dövlət hesabına təhsil ala bilərlər. Təxminən 280 baldan yuxarı nəticə göstərən 4 min 053 nəfər var ki, onlar düzgün ixtisas seçimi aparsalar, böyük ehtimalla dövlət sifarişli yerlərdə oxuya bilərlər. Təbii ki, bunlar müxtəlif ixtisaslar üzrədir. Bu da bütün hallarda abituriyentin seçimindən asılıdır”.

Onun sözlərinə görə, “Abituriyent” jurnalında hər iki mərhələdə toplanan ballara müvafiq olaraq cədvəllər göstərilib:

“İkinci ixtisas qrupu üzrə hər iki mərhələdən 200 baldan yuxarı nəticə göstərən abituriyentlərin hər bir intervalda bala görə neçə nəfər olduğu qeyd edilib. Ümumilikdə ikinci ixtisas qrupu üzrə 200 baldan yuxarı nəticə göstərib və müsabiqə şərtlərini ödəyən 5 min 356 nəfər var. Amma unutmayaq ki, bu qrupda 5 min 240 subbakalavr ərizə verib. Həmin subbakalavrlar 200 baldan yuxarı nəticə göstərən abituriyentlərin yerlərini tuta bilməzlər. Onlar 200 ballıq ixtisaslar arasında seçim etmək imkanına malik olurlar. Məsələn, 201 bal toplayan abituriyent artıq 5 min 240 subbakalavra müsabiqədə qalib gəlir.

Müvafiq olaraq, 150 ballıq ixtisaslar üçün də cədvəl qeyd olunub. Ümumilikdə 150 bal toplayan, ikinci mərhələdə isə 50 baldan yuxarı nəticə göstərən şagirdlər və abituriyentlər müsabiqəyə buraxılıb. Belə abituriyentlərin sayı 7 min 682 nəfərdir. Eyni zamanda 5 min 240 subbakalavr bura da əlavə edilə bilər. Bütün bunlar barədə “Abituriyent” jurnalının müvafiq buraxılışlarından daha ətraflı məlumat əldə edə bilərlər”.