BAZAR

27 Avqust

Uşaq bağçaları da açılacaq

"İlk növbədə virusun az yayıldığı yerlərdə başlamaqla oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur".

Məlumata görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, uşaq bağçaları ilə bağlı təklif olunur ki, sentyabrın 15-dən start verilsin: "İlk növbədə virusun az yayıldığı yerlərdə başlamaqla oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur. Amma bunun üçün mövcud sanitar-epidemioloji vəziyyət də uyğun olmalıdır".