Fransanın “PSJ” klubunun əsas qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinal mərhələsində meydana çıxmaya bilər.
Fins.az xəbər verir ki, qapıçı “Atalanta” ilə dörddəbir final matçında zədələnib. Oyun Lissabonda (Portuqaliya - Red) “Da Luz” stadionunda baş tutub və Fransa komandasının 2: 1 hesablı qələbəsi ilə başa çatıb.
Navası 79-cu dəqiqədə Serxio Riko əvəz edib.
“PSJ” klubunun rəsmi saytındakı açıqlamada deyilir ki, müayinədən sonra qapıçının zədələndiyi öz təsdiqini tapıb.
Kliniki qiymətləndirmə şənbə günü aparılacaq və bundan sonra onu meydançaya çıxıb-çıxmayacağı məlum olacaq.