Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub. Müvafiq qurumlarla birgə orta məktəblərin yeni tədris ilində açılması məsələsi müzakirə olunur.
Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, burada digər ölkələrin də təcrübəsi nəzərə alınacaq. O qeyd edib ki, bununla bağlı hazırlanacaq təkliflərə baxılacaq.