Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2020-2021-ci tədris ili Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən keçirilən müsabiqə nəticəsində 8 azərbaycanlı gənc bu ölkənin təqaüdünə layiq görülüb.
Fins.az xəbər verir ki, Latviya hökumətinin bu təqaüdünü qazanan digər 27 ölkə üzrə ən çox təqaüd əldə etmiş 10 ölkə arasında Azərbaycan 8-ci yerdədir.
Ölkə |
|
Ukrayna |
16 |
Özbəkistan |
11 |
Finlandiya |
10 |
Almaniya |
9 |
İsrail |
9 |
İtaliya |
9 |
İsveç |
8 |
Azərbaycan |
8 |
Qazaxıstan |
5 |
ABŞ |
4 |
Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia”, “Vidzeme University of Applied Sciences”, “Rīga Stradiņš University” və “Turība University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.
Müvafiq təqaüd proqramı barədə elan cari ilin 14 fevral tarixində verilib.