Fins.az abituriyenləri məlumatlandırmaq üçün rəsmi quruma istinadən həmin sualları cavablayır. Həmin suallardan biri də buraxılış imtahanının nəticəsinin qəbul imtahanlarına təsiridir.
Sual: Buraxılış imtahanında bir və ya iki fəndən 0 bal toplayan şagird qəbul imtahanının II mərhələsinə buraxılır? Yaxud ona attestat sənədi verilir?
Cavab: Bəli, buraxılış imtahanından topladıqları baldan asılı olmayaraq, abituriyentlər qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilirlər.
Qeyd edək ki, qəbul imtahanlarında iki eyni bal toplamış abituriyenti fərqləndirmək məqsədilə attestat qiymətləri nəzərə alınır.