Belçikada təhsil almaq istəyənlər “ARES Belgium Scholarship 2020” proqramından yararlana bilərlər.
Fins.az xəbər verir ki, “ARES Belgium Scholarship 2020” tələbələri tamamilə maliyyələşdirən proqramdır.
Təqaüd proqramı aşağıdakı xərcləri qarşılayır:
Beynəlxalq aviabilet;
Yaşayış üçün müavinət;
Təhsil haqqı;
Qeydiyyat haqqı;
Sığorta haqları;
Universitetlərarası təlimin bir hissəsi olan səyahət xərcləri.
Təqaüd proqramına son müraciət tarixi isə 7 fevral 2020-ci ildir.
Qeyd edək ki, təqaüd proqramın haqqında ətraflı məlumata sahib olmaq istəyənlər bu linkə daxil ola bilərlər.