BAZAR

18 Dekabr

Xarici universitetdən yerli ali məktəblərə yalnız bu tələbələr köçürüləcək

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülmə prosesi Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Xatırladaq ki, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət universitetinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir.

 Bəs xarici ölkələrin universitetlərində  yerli ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər hansılardır?

Fins.az AzEdu.az-a istinadən tələbatı nəzərə alaraq ən çox verilən suala cavabı təqdim edir:

-Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;

-Tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması;

- DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal);

-Qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri;

-Təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;

- DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri.

Qeyd edək ki, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.