BANK

05 Oktyabr
7

Azərbaycan Mikromaliyyə Assosiasiyasının sədri dəyişdi

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Bu, “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Cəlal Əliyevdir.

O, indiyə qədər AMFA-nın İH-nin sədr müavini olub və yeni vəzifəsində Süleyman Kələşovu əvəz edib. Keçmiş sədr isə bundan sonra İH-nin üzvü kimi fəaliyyətini davam etdirəcək.

AMFA-nın İcraçı direktoru Jalə Hacıyevadır.

© “Report”