BANK

15 Avqust
27

Banklar Assosiasiyası ilə Rusiyanın maliyyə qurumu arasında əməkdaşlıqla bağlı müzakirə

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyətinin bank olmayan ödəniş xidməti təchizatçıları, o cümlədən pul köçürmə sistemləri, elektron pul təşkilatlarının fəaliyyətinin təşkili, habelə maliyyə bazarları sahəsində fintexlərin iştirakı və ödəniş ekosistemində qanunvericilik bazasında aparılan son islahatlar üzrə mövcud təcrübənin mənimsənilməsi məqsədilə Rusiya Federasiyasına rəsmi səfəri baş tutub.

Fins.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası ilə Rusiya Fintex Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi zərurəti diqqətə çatdırılıb.

Rusiya Banklar Assosiasiyası və Milli Ödəniş Assosiasiyası ilə keçirilən görüşlərdə ödəniş ekosistemi üzrə qanunvericilik bazasında aparılan son islahatlar, o cümlədən elektron ödənişlərdə tətbiq olunan xidmət haqlarının nəzarət qurumu tərəfindən tənzimlənməsi alətləri, ödəniş terminallarının fəaliyyətinin təşkili, habelə elektron ödənişlərdə ödəniş agenti modelinin tətbiqi və agent bankçılıq layihəsi müzakirə edilib.

Əlavə olaraq, elektron pul emissiyası üzrə mövcud təcrübənin mənimsənilməsi məqsədilə qabaqcıl mobil rabitə operatoru ilə görüş keçirilib və bankların bu ödəniş alətinin tətbiqində iştirak perspektivləri və tətbiq olunan risk əsaslı yanaşma modeli təhlil edilərək qarşılıqlı fikir mübadiləsi aparılıb.