BANK

15 Avqust
6

Mərkəzi Bankdan depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması barədə məlumat

Fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 17,18% (17,11%), xarici valyutada 12,44% (14,67%) təşkil edib.

Fins.az-ın Mərkəzi Bankın yayımladığı məlumata istinadən verdiyixəbərə görə, 2019-cu il iyulun 1-nə milli və xarici valyutalarda cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması müşahidə olunub.

Xüsusilə iyun ayının sonuna milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,71% (ötən ilin sonuna 9,58%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 2,1% (2,33%) təşkil edib.

30 iyun tarixinə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 4,68% (5,53%), xarici valyutada 1,36% (1,43%) təşkil edib.

Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 10,24% (10,01%), xarici valyutada 2,59% (2,66%) təşkil edib.

Müəllif:Aynur Qəniyeva