BANK

14 Avqust
7

Azərbaycanda faiz xərcləri aazalan banklar

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün bu ilin yanvar-iyun aylarındakı faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar "Access Bank", "Atabank", "Bank Avrasiya", "Nikoyl Bank", İran Milli Bankının Bakı filialı, "Kapital Bank", "Bank of Baku", "Azərbaycan Beynəlxalq Bankı", "AFB Bank", "Rabitəbank", "Xalq Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank VTB Azərbaycan" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Access Bank"da (8,7%), ən çox azalma isə Pakistan bankında (100%) qeydə alınıb.

Qalan 16 bankın isə faiz xərcləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Günay Bank"da (2 dəfə), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (0,3%) qeydə alınıb.

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün bu ilin yanvar-iyun aylarındakı faiz xərcləri 20 milyon manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (48,306 milyon manat), "Kapital Bank" (31,999 milyon manat) və "Access Bank"dır (24,298 milyon manat).

Qalan 27 bankdan 7-də faiz xərcləri 10-20 milyon manat arasında, 17 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.

© "Renkinq"