BANK

10 Avqust
11

“Kartla xərcləmək sərfəlidir!” - Azərbaycan Beynəlxalq Bankından yeni kampaniya

Ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Azərbaycan Beynəlxalq Bankı yeni “Kartla xərcləmək sərfəlidir!” devizi altında kampaniyaya start verib. Kampaniya 12 avqustdan 30 sentyabra qədər olmaqla 7 həftəni əhatə edir.

Bu müddətdə ölkə daxilində və ölkədən xaricdə POS terminallar, yaxud elektron ticarət sistemləri vasitəsilə Azərbaycan Beynəlxalq Bankının kartları ilə həftə ərzində minimum 10 manatdan az olmayaraq ən çox sayda ödəniş əməliyyatı aparmış müştərilər müxtəlif məbləğlərdə pul uduşları qazanacaqlar.

Hər həftə əməliyyatların sayı nəzərə alınmaqla 50 qalib müştəri seçiləcək. Bu müştərilərin qazanacaqları uduş məbləğləri 20 manatdan 100 manatadəkdir. Uduşlar növbəti həftə onların kart hesablarına ödəniləcək. Sonda isə kampaniyanın əsas mükafatlarının qalibləri - yəni bütün kampaniya dövründə bankın kartları ilə say etibarilə ən çox nağdsız ödəniş etmiş 5 müştəri müəyyənləşəcək.

5-ci yerin qalibi Azərbaycan Beynəlxalq Bankından 300 manat, 4-cü yerin qalibi 500 manat, 3-cü yerin qalibi “Qalaaltı hotel&SPA” mərkəzinə 2 nəfərlik, 5 günlük hədiyyə paketi, 2-ci yerin qalibi “İphone X” smartfonu, 1-ci yerin qalibi isə İstanbula 2 nəfərlik, 7 günlük səyahət paketi qazanacaq.

Bir gün ərzində eyni kart vasitəsilə eyni ödəniş məntəqəsində və ya eyni internet səhifəsində aparılmış əməliyyatlar kampaniyanın şərtlərinə görə, ümumiləşdirilərək 1 əməliyyat sayılır. Kampaniya korporativ və biznes kartlarına, onlayn kredit ödənişlərinə, maliyyə institutlarının fəaliyyət sahəsi üzrə aparılan əməliyyatlara aid deyil.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.