BANK

01 Avqust
5

FED sədri: Faiz endirməklə risklərə qarşı sığortalanmaq məqsədi güdülür

ABŞ Mərkəzi Bankın -FED-in sədri Jerome Powell, Federal Açıq Bazar Komitəsi-FOMC-un İyul toplantısının ardından mətbuat konfransında açıqlamalar verib. Fins.az xəbər verir ki, ABŞ iqtisadiyyatının mülayim artdığını qeyd edən FED sədri, aşağı istiqamətli risklərdən sığortalanmaq üçün faizin aşağı salındığını deyib: "Faiz endirimi ilə aşağı istiqamətli risklərə qarşı sığortalanmaq məqsədi güdülür".

Jerome Powell,zəif qlobal iqtisadi artım və emalın ABŞ üçün risk təşkil etdiyini deyib.Həmçinin Jerome Powell, faiz endiriminə, inflyasiyanın 2%-lik hədəfinə doğru irəliləməsini dəstəkləmək üçün gedildiyini vurğulayıb.

ABŞ iqtisadiyyatının son həftələrdə güclü mövqe nümayiş etdirdiyini ifadə edən FED sədri, problemlərin aşağı istiqamətli risklər və zəif inflyasiya olduğunu bildirib.

Jerome Powell, ticarət qeyri-müəyyənliyi və inflyasiyanın necə inkişaf etdiyinin izlənəcəyini deyib və qlobal zəifliyin, ticarət müharibələrinin ABŞ iqtisadiyyatına təsir etdiyini dilə gətirib.

Qeyd edək ki,FED faizi 0,25 faiz bəndi azaldıb və faizlər 2.25-2.50% aralığından 2.00-2.25% aralığına düşüb. Analitiklər də FED-in 0,25 bənd faiz endirəcəyini gözləyirdilər.

Faiz endiriminin sığorta və risk idarəçiliyi tərəflərinin olduğunu ifadə edən FED sədri, "Biz ticarət siyasətini tənqid etmirik, bu bizim işimiz deyil",- deyib.

"İqtisadiyyatın performansı pul siyasətinin çalışdığını göstərir",- deyən Pauell, sözlərini "Zəif qlobal artımı çox diqqətli bir şəkildə izləyəcəyik", - deyərək davam etdirib.

Powell bugünkü qərarın yeni faiz endirimi dövrünün başlanğıcı mənasına gəlmədiyini deyib.