BANK

30 İyul
8

Pul vəsaiti 38 623 min manat olan bank

“Bank of Baku” 2019-cu ilin II rübü ilə bağlı hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, bankın xalis faiz gəlirləri 34 629 min manat olub. Qeyd olunub ki bu göstərici ilin əvvəlində 42 055 manat olmuşdur. Açıqlanan hesabatda qeyd olunub ki, bankın xalis mənfəəti 40 039 min manat olub, cari ilin əvvəlində mənfəət göstəriciləri 32 287 min manat təşkil edib. “Bank of Baku”-nun hesabat tarixinə olan kapitalının həcmi 71 735min manat olub. Bankın ilin əvvəlində 18 905 min manat olan pul vəsaitlərinin həcmi rübün sonunda 38 623min manata çatıb.

Müəllif: Aynur Qəniyeva