BANK

02 İyul
6

TuranBank müştərilərinə Black Edition premium kartını təklif edir

Mastercard World Black Edition özündə eksklüzivlik və nüfuzu ehtiva edən unikal bank məhsuludur. Kartın özəlliyi ondadır ki, kart sahibləri dünyanın istənilən nöqtəsində müxtəlif xidmət və təkliflərdən 24 saat ərzində yararlana bilirlər. Xidmətlərdən biri Mastercard Concierge xidmətidir ki, biznes və digər məqsədlərlə edilən səyahətlərin istiqamətləri ilə bağlı məlumat və məsləhətlər, şəhər bələdçiləri, pasport və viza tələbləri haqqında məlumatlar verir. Bundan əlavə premium kart istifadəçiləri “Lounge Key” xidməti sayəsində Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən hava limanlarının VIP gözləmə zallarından istifadə edə bilirlər. Və nəhayət, səyahət xərclərinin hamısını Mastercard World Black Edition kartı ilə həyata keçirdikdə kart sahibləri “Səyahət sığortası” xidmətindən də yararlana biləcəklər.

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Əlavə olaraq qeyd edək ki, bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

Instagram - @turanbank

Facebook - @TuranBankASC

Linkedin - @TuranBank

TuranBank

Bizimlə etibarlıdır...