Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Bu barədə Finss.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlömerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ölkədə BMK-nin dəstəyi ilə icra olunan təşəbbüslər, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr, eləcə də təşkilatın Azərbaycanın iqtisadi dayanıqlılığının artırılmasına töhfə verəcək gələcək planları müzakirə edilib.
Tərəflər həmçinin AMB və BMK arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib və tərəfdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndiriblər.
Fuad Mədətov
Finss.az

