Azərbaycanda bank sektoru getdikcə müştəri məmnuniyyətinə və xidmətlərin əlçatanlığına fokuslanır. Rəqəmsallaşmanın paralelində banklar filial və bankomat şəbəkəsini genişləndirərək maliyyə xidmətlərini ölkənin bütün bölgələrinə, o cümlədən yenidənqurma prosesində olan Qarabağa çatdırmağa çalışırlar. Bu baxımdan filial və ATM sayı bankların real bazar payı və müştərilərlə birbaşa əlaqəsinin mühüm göstəricisi sayılır.
Hazırda ölkədə fəaliyyət göstərən 22 bank arasında Kapital Bank xidmət şəbəkəsinin genişliyi üzrə liderdir. Bankın ölkə üzrə 119 filialı, 53 şöbəsi və 1190 bankomatı var. Bu göstərici Kapital Bankı maliyyə sektorunda birinci yerə çıxarır və müştəriyə ən yaxın bank imicini möhkəmləndirir.
Filial və ATM sayına görə növbəti yerlərdə isə aşağıdakı banklar qərarlaşır:
- Kapital Bank – 119 filial, 53 şöbə,1190 ATM
 - ABB – 77 filial, 10 şöbə, 1050 ATM
 - Bank Respublika – 38 filial, 83 ATM
 - AccessBank – 37 filial, 1 şöbə, 44 ATM
 - Unibank – 31 filial, 185 ATM
 - Xalq Bank – 30 filial, 1 şöbə, 142 ATM
 - Rabitəbank – 28 filial, 74 ATM
 - Yelo Bank – 22 filial, 48 ATM
 - Bank of Baku – 21 filial, 36 ATM
 - TuranBank – 18 filial, 3 şöbə, 35 ATM
 
Filial və ATM-lərin çoxluğu yalnız müştəri sayını artırmaqla qalmır, həm də regional iqtisadi fəallığı stimullaşdırır, bankları daha əlçatan edir və müştəri etimadını gücləndirir.
Ümumilikdə, ATM və filial şəbəkəsinin genişlənməsi Azərbaycan bank sektorunun sağlam rəqabət mühitində inkişaf etdiyini və strateji planlaşdırmanın uğurla həyata keçirildiyini göstərir.
| Bank | Filial | ATM | Şöbə | 
|---|---|---|---|
| Kapital Bank | 119 | 1190 | 53 | 
| ABB | 77 | 1050 | 10 | 
| Bank Respublika | 38 | 83 | 0 | 
| AccessBank | 37 | 44 | 1 | 
| Unibank | 31 | 185 | 0 | 
| Xalq Bank | 30 | 142 | 1 | 
| Rabitəbank | 28 | 74 | 0 | 
| Yelo Bank | 22 | 48 | 0 | 
| Bank of Baku | 21 | 36 | 0 | 
| TuranBank | 18 | 35 | 3 | 
| Azər Türk Bank | 17 | 73 | 0 | 
| Expressbank | 16 | 62 | 0 | 
| Ziraat Bank Azərbaycan | 12 | 29 | 0 | 
| Yapı Kredi Bank Azərbaycan | 8 | 33 | 1 | 
| AFB Bank | 7 | 56 | 4 | 
| ASB Bank | 7 | 89 | 0 | 
| Bank BTB | 6 | 12 | 1 | 
| Bank VTB | 5 | 54 | 0 | 
| Premium Bank | 5 | 34 | 2 | 
| Bank Avrasiya | 3 | 16 | 0 | 
| PAŞA Bank | 3 | 78 | 4 | 
