2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda bankların kredit portfeli əvvəlki aya nisbətən 2% və ya 571,4 milyon manat artaraq 29,276 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditləri 15,545 milyard manat və ya 53,1%, istehlak kreditləri 9,183 milyard manat və ya 31,4%, ipoteka kreditləri isə 4,548 milyard manat və ya 15,5% paya malik olub.
Portfel üzrə biznes kreditlərinin artımı əsasən tikinti, nəqliyyat, informasiya və rabitə sektorlarında baş verib. Tikinti sahəsi üzrə biznes kredit portfeli 1,502 milyard manat olub və illik müqayisədə 4,1% artıb, nəqliyyat sahəsi üzrə kreditlər 1,785 milyard manat ilə 30,2% artıb, informasiya və rabitə sektorunda isə 721,5 milyon manat və ya 23,1% artım müşahidə olunub.
Sənaye sahəsi üzrə kreditlər 2,684 milyard manat təşkil edib və 3,6% azalıb, kənd təsərrüfatı sahəsində 1,953 milyard manat ilə 16,3% artım, ticarət müəssisələri üzrə 4,296 milyard manat və ya 5,1% artım, digər qeyri-istehsal və xidmət sahələrində isə 2,603 milyard manat və ya 6% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az

