2025-ci ilin oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 102,6 faiz bəndi təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 0,1 faiz bəndi, illik müqayisədə isə 0,9 faiz bəndi azalıb.
Eyni dövrdə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 175,3 faiz bəndi olub ki, bu da aylıq müqayisədə 1,1 faiz bəndi, illik müqayisədə isə 1,9 faiz bəndi artım deməkdir.
Bundan əlavə, 2025-ci ilin oktyabrın 1-nə manatın ümumi real effektiv məzənnəsi 115,2 faiz bəndi təşkil edib. Bu göstərici aylıq müqayisədə 0,5 faiz bəndi artıb, illik müqayisədə isə 3 faiz bəndi azalıb.
Qeyri-neft sektoru üzrə real effektiv məzənnə isə 112,6 faiz bənd olub; aylıq müqayisədə 1 faiz bəndi artıb, illik müqayisədə isə 2,3 faiz bəndi azalıb.
Fuad Mədətov
Finss.az

