2025-ci ilin sentyabr ayında Azərbaycanda ödəniş kartları ilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 milyon manat təşkil edib.
Bu ödənişlərin 7,808 milyon manatı elektron ticarət, 1,086 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə aparılıb.
İlin əvvəlindən kartlar vasitəsilə həyata keçirilən əməliyyatlar ölkədaxili bütün kart əməliyyatlarının 67,4%-ni təşkil edib ki, bu da nağdsız ödənişlərin genişlənməsini göstərir.
Fuad Mədətov
Finss.az
