BANK

20 Oktyabr

Bank Avrasiya-nın aktivlərini artırıb, kredit portfeli azalıb

2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Bank Avrasiya ASC-nin aktivləri 204 037 400 manat təşkil edib və illik 1,5% artım göstərib.

Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 133 861 min manat səviyyəsində olub və illik 1,7% azalma qeydə alınıb.

Xalis mənfəət isə 5 705 620 manat təşkil edib.

Bu göstəricilər bankın aktivlərinin müsbət dinamika göstərdiyini, kredit portfelində azalma müşahidə olunduğunu, mənfəətinin isə sabit qaldığını göstərir.

Fuad Mədətov
Finss.az