2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Unibank KB ASC-nin aktivləri 1 908 268 779 manat təşkil edib və illik 8,4% artım göstərib.
Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 1 254 835 min manat səviyyəsində olub və illik 8,7% artım qeydə alınıb.
Xalis mənfəət isə 15 420 650 manat təşkil edib.
Bu göstəricilər Unibank KB-nin aktivlərinin və kredit portfelinin müsbət dinamika göstərdiyini, həmçinin mənfəətinin sabit qaldığını təsdiqləyir.
Fuad Mədətov
Finss.az