BANK

20 Oktyabr

PAŞA Bank-ın aktivləri və kredit portfeli artıb

2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, PAŞA Bank ASC-nin aktivləri 8 932 496 000 manat təşkil edib və illik 8,7% artım göstərib.

Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 3 338 414 min manat səviyyəsində olub və illik 1,1% artım qeydə alınıb.

Xalis mənfəət isə 132 837 000 manat təşkil edib.

Bu göstəricilər PAŞA Bankın aktivlərinin və kredit portfelinin artdığını, həmçinin mənfəətinin yüksək səviyyədə olduğunu təsdiqləyir.

Fuad Mədətov
Finss.az