Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 55 950 borcalana 3,675 milyard manat kredit verilib.
Bu barədə İKZF-dən Finss.az-a verilən məlumata görə, bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manat olub.
8 253 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Fuad Mədətov
Finss.az