2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə ayrılmış kreditlərin həcmi 1 milyard 574 milyon manat olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən xəbər verir ki, bu göstərici avqustun 1-i ilə müqayisədə 4,5 milyon manat və ya 2,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,2 milyon manat və ya 3,4% artıb.
Belə ki, 2025-ci ilin avqustun 1-nə kiçik sahibkarlara verilmiş kreditlərin həcmi 1 milyard 529 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 1 milyard 522 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az